CƏMİYYƏT


Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sumqayıt və Abşeronda əməliyyat keçiriblər

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakini Rza Quliyev saxlanılıb. Onun üzərinə baxış zamanı 6 qram qurudulmuş marixuana, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən evinə baxış zamanı isə 1 kiloqrama yaxın marixuana, 46 qram həşiş, satışı qadağan edilən 10 ədəd tramadol həbi, 1 ədəd elektron tərəzi, həmçinin müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi, 35 ədəd patron və 1 ədəd süngü bıçağı aşkarlanaraq götürülüb. Saxlanılan şəxs ifadəsində yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olduğunu bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır