CƏMİYYƏT


Eyni gündə doğulub, eyni gündə də şəhid olan qardaşlar

İyirmi il əvvəl Ağdam rayonunun Çullu kəndində Allahverdiyevlər ailəsində eyni gündə dünyaya gələn Nazir və Tacir qardaşlarının taleləri, həyat yolları da qoşa oldu. Heç vaxt bir-birlərindən ayrılmayan bu əkiz qardaşlar bir yerdə böyüdülər, orta məktəbi bir oxudular, hərbi xidmətə bir yollandılar, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda bir yerdə döyüşdülər. Bu müqəddəs yolda eyni gündə şəhid olaraq doğulduqları Çullu kəndində torpağa tapşırıldılar.