CƏMİYYƏT


Ermənilər tərəfindən Cocuq Mərcanlıda törədilən dağıntıların vurduğu ziyan araşdırılır

Erməni təxribatı nəticəsində atəşə məruz qalan ərazilərdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi oldu. Hazırda kənddə qeydə alınan dağıntılar araşdırılaraq qiymətləndirilir.AZƏRTAC xəbər verir ki, erməni hərbi birləşmələri tərəfindən dinc əhalinin yaşadığı ərazilərin atəşə tutulması nəticəsində Cocuq Mərcanlı kəndində xeyli dağıntı qeydə alınıb. Kəndin ağır artilleriya və raketlərlə vurulması evlərin, sosial obyektlərin və infrastrukturun dağılmasına səbəb olub. Hazırda kənd ərazisində qeydə alınan dağıntıların ilkin qiymətləndirilməsi üçün işçi qrupu tərəfindən araşdırma aparılır.