SİYASƏT


İspaniyanın dövlət telekanalında ermənilərin Kəlbəcərdə törətdiyi ekoloji cinayətlər barədə süjet yayımlanıb

İspaniyanın dövlət telekanalının (RTVE) “Xəbərlər” proqramında ermənilərin Azərbaycanın Kəlbəcər rayonunda vandalizm aktları, ekoloji cinayətlər törətməsi ilə bağlı süjet efirə gedib.
AZƏRTAC xəbər verir ki, süjetdə Kəlbəcərdə qanunsuz olaraq məskunlaşmış erməni əhalinin rayondan çıxarkən vandalizm aktları törətdikləri diqqətə çatdırılır. Yayımlanan videogörüntülərdə əhalinin özləri ilə apara bilmədiyi əşyaları, yaşayış evlərini, məktəbləri yandırması faktı öz təsdiqini tapır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır