Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağdamlılar doğma rayonlarının işğaldan azad olmasını böyük coşqu ilə qeyd edirlər

20.11.2020 [16:51]

Xəbərin mətni

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Ağdam rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu tarixi hadisə xalqımız tərəfindən böyük sevinc hissi ilə qeyd edilir.