CƏMİYYƏT


İsmayılbəyli sakini Əliyev Burcu: Ağdamın azadlığı mənim üçün ən böyük xoşbəxtlikdir

2020-ci il 20 noyabr tarixi - Ağdamın yağı düşməndən təmizləndiyi şanlı gün. Bu tarix təkcə ağdamlılar deyil, bütün Azərbaycan üçün qürur günüdür.AZƏRTAC xəbər verir ki, Ağdam sakinləri öz doğma yurdlarına köçməyi səbirsizliklə gözləyir. 27 illik vətən həsrəti bitən ağdamlılar indi ən sevincli anlarını yaşayır. Ağdam sakinlərinin sevincli anını bölüşmək üçün əməkdaşımız İmişlidə məskunlaşan Ağdam sakinləri ilə görüşüb.