Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Euronews” telekanalı işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb

21.11.2020 [12:06]

Xəbərin mətni

“Euronews” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Füzuli şəhərindən reportaj hazırlayıb.AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycan əsgərləri tərəfindən Füzuli şəhəri azad ediləndən sonra Azərbaycan bayrağını ucaltmaq üçün bircə salamat bina tapmaq mümkün olmadığı qeyd edilir. Buna görə də bayrağı dağıdılmış mədəniyyət evinin fasadı üzərində ucaltmalı olublar.