SİYASƏT


Professor Zakir Avşar: Bu Qələbə Azərbaycan əsgərinin cəbhədə qazandığı möhtəşəm zəfərdir

Bu günlər Azərbaycan böyük sevinc içərisindədir. Təbii ki, hamı kimi, mən də çox sevincliyəm. Ağdam rayonunun 27 ildən sonra Azərbaycana geri qaytarılması tarixi hadisədir. Bu, şəhid və qazilərimizin rəşadəti hesabına qazanılmış uğurdur. Bu, böyük hərbi zəfəri ilə müdrik diplomatiyanın ortaq nəticəsidir. Azərbaycan öz problemini təkbaşına həll edərək hərbi gücünü və diplomatik imkanlarını bütün dünyaya göstərdi.Bu fikirləri AZƏRTAC-a açıqlamasında Ankara Hacı Bayram Vəli Universitetinin dekanı, professor Zakir Avşar ifadə edib.