Qubada karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlanıb
22.11.2020 [14:00]
Xəbərin mətni
Quba Rayon Polis Şöbəsinin əməkdaşları axşam saatlarında inzibati ərazilərində xidmət aparan zaman karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən otel aşkarlayıblar.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, dərhal obyektin fəaliyyəti dayandırılıb, sahibi Akif Babayev, orada çalışan 2 işçi və 8 müştəri saxlanılaraq polis şöbəsinə gətirilib.