DÜNYA


Çin Aydan nümunələr gətirəcək “Çanye-5” kosmik aparatını orbitə çıxarıb

Çin Aydan nümunələr toplamaq və onları Yerə gətirmək üçün hazırladığı ilk kosmik aparatı olan “Çanye-5”i (Chang'e-5) orbitə çıxarıb.
AZƏRTAC xəbər verir ki, kosmik aparatı orbitə aparan “Böyük yürüş-5” (Long March-5) raketdaşıyıcısının buraxılışı noyabrın 24-də yerli vaxtla səhər saat 4:30-da (Bakı vaxtı ilə 00:30) Haynan adasındakı Vençan buraxılış mərkəzində baş tutub. Bildirilir ki, raket normal uçuş həyata keçirib və “Çanye-5” təyin olunan orbitə daxil olub.