CƏMİYYƏT


Qusarlı qazi Şıxseyid Nağıyev: Yaralansaq da tapşırığı yerinə yetirdik

Vətən müharibəsində döyüşçülərimizin qəhrəmanlıqları haqqında hələ uzun illər danışılacaq. Bu savaşda hər bir əsgərimiz qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün canından belə keçməyə hazır olub.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qusar rayonunun Hil kəndindən olan Xüsusi Təyinatlı Qüvvələrin giziri Şıxseyid Nağıyev Murovdağ istiqamətində gedən döyüşlərdə ağır yaralanıb. Müharibənin ilk anlarından irəli atılan Şıxseyid və döyüşçü yoldaşları düşmən postunu alaraq qarşılarına qoyulan tapşırığı uğurla yerinə yetiriblər.