RƏSMİ


Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Dekabrın 10-da təkbətək görüş başa çatandan sonra Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.AZƏRTAC xəbər verir ki, Bakı Nəqliyyat Agentliyi ilə “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında Anlaşma Protokolunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və “BMC Otomativ Sənaye və Ticarət” şirkətinin İdarə Heyətinin üzvü Taha Öztürk imzaladılar.