CƏMİYYƏT


Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Ağstafa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə Bakı-Qazax magistralının Ağstafa rayonunun Qırılı kəndindən keçən hissəsində qeydə alınıb.Hərəkətdə olan “Ford” markalı yük maşını ilə “Mercedes” markalı minik avtomobili toqquşub.“Mersedes” markalı avtomobilin sürücüsü 42 yaşlı rayon sakini Samir Yusifov hadisə yerində ölüb, iki nəfər isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Hadisə yerinə Dövlət Yol Polisinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.