CƏMİYYƏT


Düşmənin 20 gün susdura bilmədiyi sərrast tankçı Fariz Zülfüqarov

Döyüşə girməzdən yarım saat əvvəl anasına sonuncu dəfə zəng edərək hər şeyin yaxşı olduğunu deyir. Amma özü isə ən şiddətli döyüşlərdə iki dəfə vurulan tankı ilə düşmənə qan uddurur. Qubadlı istiqamətində tankının yanına düşən mərmi nəticəsində yaralanan silahdaşlarını xilas etsə də öz həyatını qoruya bilmir. Döyüş meydanına gedərkən Vətən borcunu qanı ilə ödəyən şəhidimiz tankçı Fariz Zülfüqarovu birlikdə tanıyaq.