CƏMİYYƏT


Vəsiyyətini yazdıqdan 4 gün sonra şəhidlik məqamına ucalan kapitan Əsəd Həsənov

“Hüseyn oğlum mənimlə həmişə fəxr etsin, çünki onun atası qəhrəman olacaq” deyə son vəsiyyətini yazıb göndərən kapitan Əsəd Həsənov dediyi kimi də etdi. O, şəhidlik zirvəsinə ucalaraq nəinki övladı, bütün Azərbaycanın fəxrinə çevrilən tarix yazan qəhrəmanlarımızdan biri oldu.
AZƏRTAC xəbər verir ki, Əsəd Həsənov 1988-ci ildə aprelin 16-da İmişli rayonu Şahverdili kəndində dünyaya göz açıb. Həsənovlar ailəsi əslən Zəngəzurdan idi. Vətən həsrəti ilə yaşayan ailənin tək övladı olan Əsəd hələ kiçik yaşlarından hərbçi olmağı qarşısına məqsəd qoyub. Əsəd Ali Hərbi Məktəbə daxil olur, daha sonra bir zabit olaraq vətən keşiyində dayanır.