CƏMİYYƏT


Şəhid anası: Vətən sevgisi oğlumu arzuladığı zirvəyə ucaltdı

Vətən müharibəsindəki şanlı qələbəmiz müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində qazanılıb. Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azadlığı yolunda qəhrəman zabit və əsgərlərimizin bir qismi şəhid, bir qismi isə qazi oldu. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağdam rayon sakini Toğrul Murtuzayevdir.