CƏMİYYƏT


Bolqarıstanın televiziya kanalında Azərbaycana həsr edilmiş veriliş yayımlanıb

Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova Bolqarıstanın ən böyük özəl televiziya kanalı NOVA kanalında yayımlanan “Dünya Bolqarıstanda” verilişinin qonağı olub.
AZƏRTAC xəbər verir ki, N.Qurbanova Azərbaycanda ənənəvi çay süfrəsi barədə məlumat verərək, çayın əsasən armudu stəkanda içildiyi, dəmləmə üsulu və çay süfrəsinin necə bəzədilməsi, eləcə də çay süfrəsində təqdim olunan milli şirniyyat və mürəbbələrimizdən bəhs edib, Azərbaycanda müxtəlif növ meyvə və tərəvəzlərdən ləziz mürəbbələrin hazırlanmasından söz açıb. Həmçinin ölkəmizdə mövcud “çay evləri” və “çayxanalar” barədə danışıb.