CƏMİYYƏT


Tovuzda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonun Aşağı Quşçu kəndinin ərazisində qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, kənd ərazisində hərəkətdə olan “VAZ 2107” markalı avtomobil yolu keçmək istəyən hələlik kimliyi məlum olmayan şəxsi vurub. Ağır xəsarət alan piyada yerindəcə dünyasını dəyişib.