MƏDƏNİYYƏT


Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası fransız dilində çap edilib

Qarabağın azad olması, qələbə münasibətilə, ilk növbədə, Azərbaycan xalqını təbrik edirəm. Belə bir vaxtda Üzeyir Hacıbəylinin kitabının Fransada işıq üzü görməsi azad Şuşada onun azad dolaşan ruhuna böyük hədiyyədir. Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tərcüməsindən ibarət olan kitab Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə reallaşıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli-Buşe dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası və mahnılarının tərcüməsindən ibarət kitabın işıq üzü görməsindən danışarkən deyib.