Azərbaycan Dövlət İnformasiya Agentliyi

Adları da taleləri kimi oxşar, ata-oğul şəhidlər – REPORTAJ

17.12.2020 [13:06]

Xəbərin mətni

Pərvin İsgəndərov tək oğul olsa da, atasının qisasını almaq üçün Vətən müharibəsinə yollanıb. Ağstafa rayonunun Qarahəsənli kəndində doğulub boya-başa çatan Pərvin üzünü görmədiyi atası Pərviz İsgəndərov Birinci Qarabağ müharibəsində şəhid olmuşdu. Atasının yeganə xatirəsi, tək övladı olub.