CƏMİYYƏT


“Vətən uğrunda” medalı ilə təltif edilən on səkkiz yaşlı qəhrəman Battal Bayraqdarov

Şəhid Battal Bayraqdarov 18 yaşında Vətən müharibəsində şərəflə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Cəbrayıl və Füzuli cəbhələrində ən qızğın döyüşlərdə ön sırada yer alıb. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Battal Bayraqdarov 2002-ci ildə Qubanın Ağbil kəndində axıska türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Battal cüdo üzrə bir sıra turnirlərin qalibi olub.