RƏSMİ


Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib

Dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında iştirak edib.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasının koronavirus səbəbindən videokonfrans formatında keçirildiyini vurğuladı, ölkəsinin MDB-yə sədrliyi dövründə həyata keçirilən tədbirlərdən danışdı.