DÜNYA


Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən Türkiyənin ilk ixrac qatarı Çinin Sian şəhərinə çatıb

Türkiyədən Çinə ixrac yüklərini daşıyan ilk qatar dekabrın 19-da təyinat nöqtəsi olan Çinin Sian şəhərinə çatıb.AZƏRTAC xəbər verir ki, dekabrın 4-də İstanbulda yolasalma mərasimi olan qatar dekabrın 6-da saat 10:30-da Köseköy stansiyasından tam yüklənərək yola çıxıb. İxrac qatarı İstanbul-Köseköy–Ankara–Sivas-Qars-Tbilisi-Bakı-Aktau-Almata-Xorqos-Sian xətti üzrə 8693 kilometr yol qət edib. Hər biri 40 futluq olmaqla ümumilikdə 42 konteynerdən ibarət qatar Çinin Qazaxıstanla sərhədindəki Xorqos quru limanına planlaşdırılan vaxtdan 2 gün əvvəl çatıb.