Azərbaycan Dövlət İnformasiya Agentliyi

Türkiyəli hərbi istehkamçılar mühəndis təminatı üzrə məşqlər keçirir

22.12.2020 [13:01]

Xəbərin mətni

Türkiyə Silahlı Qüvvələrinin ölkəmizdə olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.
Məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.
Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.

BÖLMƏNİN DİGƏR VİDEOLARI