Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda karantin qaydalarına zidd olaraq təşkil olunan xınayaxdı məclisinin qarşısı alınıb

26.12.2020 [12:06]

Xəbərin mətni

Tovuz Rayon Polis Şöbəsinə rayonun Abulbəyli kəndində yaşayan Yaqub Məmmədovun karantin rejiminin qaydalarını pozaraq gizli şəkildə qızına “xınayaxdı” mərasimi keçirməsi barədə məlumat daxil olub. Polis əməkdaşları dərhal sözügedən ünvana gəliblər və 40 nəfərlik məclisin keçirilməsinin qarşısı alınıb. Bəlli olub ki, Yaqub Məmmədov polisdən yayınmaq üçün xına mərasimini qudası Fazil Mehdiyevin evində keçirib.