CƏMİYYƏT


Su polisi qanunsuz balıq satışı ilə məşğul olan şəxslərə xəbərdarlıq etdi

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə paytaxt ərazisində, eləcə də Respublikanın digər bölgələrində yol kənarında, küçədə icazələri olmadan balıq satışı ilə məşğul olan şəxslərə qarşı mütəmadi olaraq profilaktik tədbirlər həyata keçirir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, sonuncu belə tədbir zamanı Xəzər dənizində ovlanması qəti qadağan edilən nərə cinsli balıqların satışı ilə məşğul olan iki nəfər – Rüfət Əliyev və Hacıağa Aslanov müəyyən edilib.