CƏMİYYƏT


Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
ŞBPİ-nin Cinayət Axtarış İdarəsi və Post-patrul Xidmətinin əməkdaşları birgə keçirdikləri tədbirlər nəticəsində şəhərin Kəpəz rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. Obyektin sahibi Elmar Tanrıverdiyevlə bərabər 12 nəfər müştəri də qanunla müəyyən edilmiş qaydada saxlanılaraq ərazi üzrə Kəpəz Rayon Polis İdarəsinə gətirilərək barələrində qanunamüvafiq tədbir görülüb.