CƏMİYYƏT


Şəhid bacısı: Qardaşım deyirdi ki, Azərbaycan bayrağına bükülü gələcəyəm

Xaçmazın Qaradağ Buduq kəndindən olan şəhid gizir Elməddin Alxaslı Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əsgərlik vaxtı Murov silsiləsindəki döyüş mövqelərində xidmət edən Elməddin sərrast atıcı kimi tanınırdı. Artıq altı ildən çox idi ki, müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi çalışırdı.