CƏMİYYƏT


Aprel döyüşlərindən Vətən müharibəsinədək keçən şərəfli döyüş yolu

Şəhidlik zirvəsi ən ucada dayanan bir zirvədir. Bu zirvəyə qalxmaq yalnız müqəddəs amallar uğrunda mübarizə aparan, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlara nəsib olur. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. Lənkəranın Osaküçə kəndində doğulan şəhid Şəhriyar Həbibi kimi...
AZƏRTAC-ın əməkdaşları ailənin yeganə oğul övladı olan Şəhriyarın doğulduğu evdə olublar.