CƏMİYYƏT


Şəhid ailələri və müharibə əlilləri sosial dəstək tədbirləri ilə əhatə olunub

Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrini, müharibə iştirakçılarını və qazilərimizi əhatə edən genişmiqyaslı sosial dəstək tədbirləri Yevlax rayonunda da uğurla icra olunur.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin nümayəndələri rayon ərazisində yaşayan şəhid ailəsinin hər biri ilə ayrıca görüşlər keçirir, onların sosial vəziyyətləri öyrənilir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli qurumları ilə birgə müvafiq sosial dəstək tədbirləri görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır