CƏMİYYƏT


EKTİS-də 370 minə yaxın fermer öz payızlıq əkinlərini bəyan edib

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin bəyanı davam edir. Bəyan prosesinin sürətləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları vasitəsilə bölgələrdə vətəndaşlara səyyar xidmət göstərilir.Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, növbəti belə xidmət Göygöl rayonunun Qırıxlı kəndində təşkil olunub. Kənd sakinləri mikroavtobuslara yaxınlaşaraq EKTİS-də öz payızlıq əkinlərini bəyan ediblər. Səyyar xidmətin təşkili zamanı növbə sistemi təşkil olunur, Aqrar İnkişaf Könüllüləri Təşkilatının üzvləri tərəfindən fermerlərə tibbi maska paylanılır, onların müraciətləri qeydə alınır.