CƏMİYYƏT


Qəbələyə istirahətə gələnlər məsuliyyətə cəlb edilib

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən reyd zamanı Bakı şəhərindən, eləcə də sərtləşdirilmiş karantin rejimi elan edilən şəhər və rayonlardan qaydaları pozaraq istirahət məqsədilə rayona gələn şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində, istirahət mərkəzlərinə gedən yollarda avtomobillər yoxlanış məqsədilə polislər tərəfindən saxlanılıb. Yoxlama zamanı bəzi şəxslərin iş üçün onlara verilmiş icazələrdən sui-istifadə edərək ailəsi ilə birgə istirahətə gəldiyi məlum olub.