CƏMİYYƏT


Bakı şəhərində qeydiyyatda olmayan sərnişini paytaxta gətirən sürücü inzibati qaydada həbs edilib

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq karantin qaydalarını kobud şəkildə pozaraq bölgələrdən paytaxta icazələri olmayan sərnişinlərin hərəkətinə şərait yaradan sürücülərə çox təəssüf ki, hələ də rast gəlinməkdədir. Polis əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində taksi fəaliyyəti ilə məşğul olan vətəndaş Nizami Həsənov və sərnişini Elşən Əliyev saxlanılıblar. Araşdırma zamanı sürücünün paytaxt qeydiyyatında olmayan bu şəxsi Bakı-Ələt yolundakı karantin postundan kənar yolla keçirərək paytaxta gətirdiyi və hər iki şəxsin xüsusi karantin qaydalarını pozduqları sübuta yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır