CƏMİYYƏT
Bakı Media Mərkəzi “Hər şey yaxşı olacaq!” adlı videoçarx hazırlayıb
31.12.2020 [12:06]
Xəbərin mətni
Bakı Media Mərkəzi 2020-ci ilin yekunlarına həsr olunan “Hər şey yaxşı olacaq!” adlı təsirli videoçarx hazırlayıb. Baş verən hadisələrinə görə həm dünya , həm də Azərbaycan üçün “Əsrə bərabər il” sayıla biləcək 2020-ci il xalqımız üçün milli birlik, Böyük Qələbənin qazanıldığı , Qarabağ həsrətinin bitdiyi il oldu. Bu ilə öz damğasını vuran, dünyanı bürüyən pandemiya da Azərbaycandan yan keçmədi. Ölkəmiz bu gözəgörünməz düşmənlə də mübarizə apardı. Öz vətəndaşlarını virusdan, onun vura biləcəyi zərərdən maksimum qorumağa çalışdı.