CƏMİYYƏT


Vətən müharibəsində düşməni sarsıdan qəhrəman qardaşlar

Azərbaycan tarixinə elə payızın rəngi ilə qızılı hərflərlə yazılan Qələbənin qazanılmasında İbrahimovlar qardaşlarının da payı var. Elnur PDM-2-nin, Elçin isə T-72 tankının komandiri olaraq düşmənə ağır zərbələrin vurulmasında iştirak ediblər. Qəhrəman qardaşların döyüş təəssüratlarını öyrənmək üçün əməkdaşımız İbrahimovlarla həmsöhbət olub.AZƏRTAC xəbər verir ki, yeniyetmə çağlarından vətənpərvərliyi ilə seçilən hər iki qardaş hərbçi olmaq arzusu ilə yaşayıb. Qardaşlar hərbi xidməti başa vurduqdan sonra gizir kursunu bitirib və Vətənin keşiyində dayanıblar. Hər ikisinin də bir amalı olub - torpaqlarımızı işğaldan azad etmək.