DÜNYA


Ankarada İŞİD terrorçusu yaxalanıb

İŞİD terror qruplaşmasının İraqdakı əməliyyatlarında yaxından iştirak edən terrorçularından biri Türkiyənin paytaxtı Ankarada yaxalanıb.Şərti adı “İbrahim” olan terrorçu paytaxtda gizləndiyi evdə tutulub. O, bir zamanlar avtomobillərə partlayıcı vasitələrin quraşdırılmasını həyata keçirib. Terrorçunun “Kalaşnikov” avtomatı və terrorçularla təlimlərini, habelə avtomobillərə partlayıcı qurğuların yerləşdirilməsini əks etdirən şəkilləri ələ keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır