CƏMİYYƏT


Şuşanın azad olunması əməliyyatında qəhrəmanlığı ilə seçilən cəsur kəşfiyyatçı

Ötən il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı və mülki əhalini hədəfə alması Azərbaycan Ordusunun səbrini daşıran son damla oldu. Elə həmin andan etibarən damarlarında qisas qanı coşan aslan pəncəli oğullarımız bir ağızdan Vətənin harayına səs verdilər. Belə qəhrəman ailələrdən biri də Hüseynovlar ailəsidir. Ailənin iki övladı haqq savaşımızda mübarizəyə qoşularaq digər qəhrəmanlarımızla birlikdə Qarabağımızı düşmən tapdağından azad etdilər. Əldə etdiyimiz Qələbədən sonra Rəfael şəhid kimi, Elmir isə qazi olaraq evinə qayıtdı.