CƏMİYYƏT


Daşaltı uğrunda döyüşlərdə şəhid olan Şirxan Quliyevin döyüş yolu

Vətən müharibəsinin qəhrəmanlarından olan Şirxan Quliyev əslən Xocavənddəndir. Ailəsinin o torpaqlara qayıdacağına heç vaxt inamını itirməyən Şirxan Vətən müharibəsində son damla qanına qədər döyüşərək şəhid olub.AZƏRTAC-ın müxbiri şəhidin şərəfli döyüş yolu barədə məlumat almaq üçün Beyləqan rayonunda yerləşən Xocavənd rayon məcburi köçkün qəsəbəsində yaşayan Quliyevlər ailəsinə baş çəkib.