Rusiya FHN-nin minatəmizləyənlərini gətirən təyyarə Gəncəyə eniş edib
04.01.2021 [16:02]
Xəbərin mətni
Rusiya Fövqəladə Hallar Nazirliyinin 20 nəfərlik xüsusi qrupu və texnikası Azərbaycana gəlib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin minatəmizləyənlərini gətirən təyyarə yanvarın 4-də Gəncə beynəlxalq aeroportuna eniş edib.Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Ragim Lətifov jurnalistlərə müsahibəsində bildirib ki, Rusiyadan gələn qrup Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi əməliyyatlarında iştirak edəcək.