DÜNYA


Çin dünyanın ən böyük və ən həssas radioteleskopunu xarici alimlərin üzünə açır

Çin diametri 500 metr olan dünyanın ən böyük və ən həssas radioteleskopunun (FAST) qapılarını aprelin 1-dən etibarən xarici alimlərin üzünə açır.
AZƏRTAC xəbər verir ki, bu barədə teleskopun operatoru olan Çinin Milli Astronomiya Rəsədxanası açıqlama yayıb. Xarici ölkələrdən olan alimlər qeyd olunan tarixdən etibarən teleskopdan istifadə üçün onlayn formada müraciət edə bilərlər. Rəsədxananın baş mühəndisi Cian Pen deyib ki, ilk mərhələdə teleskopun istifadə vaxtının yalnız 10 faizi xarici alimlər üçün əlçatan olacaq.