CƏMİYYƏT


Qubada “Tramadol” həbləri və narkotik maddələr satan şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsi əməkdaşları gecə saatlarında rayon sakini Orxan Ərəbovu idarə etdiyi nəqliyyat vasitəsi ilə birlikdə rayon ərazisində saxlayıb. Hal şahidlərinin iştirakı ilə onun üzərinə və nəqliyyat vasitəsinə keçirilən baxış zamanı kağız bükümdə olan narkotik vasitə - heroin aşkar olunaraq götürülüb. O.Ərəbov ifadəsində narkotik maddəni Quba rayon sakini Elşən Cavadovdan aldığını bildirib.