CƏMİYYƏT


Əsirlikdən azad edilən hərbçi: Prezidentimizin sayəsində doğma Vətənimdə, ailəmin yanındayam

Əsirlikdə olanda işgəncələrə məruz qaldım. Bədənimə elektrik cərəyanı verirdilər. Əsirlikdən azad olunanda ayaqlarım işləmirdi. Əgər ayaqlarım işləsəydi, uzanıb torpaqlarımızı öpəcəkdim.
AZƏRTAC xəbər verir ki, bunu erməni əsirliyindən azad edilmiş hərbi qulluqçumuz Bayram Kərimov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.