CƏMİYYƏT


Hərbi qulluqçumuz Ömər Ələkbərov: Ermənilər bizi günlərlə ac saxlayırdılar

Ermənilər xəstəxanada bizə ancaq su verirdilər, yemək vermirdilər. Elə olurdu ki, bizi üç gün ac saxlayırdılar. Mənə həbsxanada da işgəncə verdilər. Onlara heç nə edə bilmir, ancaq sözlə təsir etməyə çalışırdım. Ermənilərə dedim ki, əsirin yeməyini oğurlayıb evinizə aparırsınız. Ancaq Azərbaycan Ordusunda əsgərin payına toxunmaq olmaz.
AZƏRTAC xəbər verir ki, bunu erməni əsirliyində olmuş hərbi qulluqçumuz Ömər Ələkbərov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında bildirib.