CƏMİYYƏT


Nahid Həmidov: Ermənilər tarixən xalqımıza qarşı törətdikləri cinayətlərlə öyünürdülər

Hərbçilərə yemək aparıb qayıdanda yolu səhv saldıq və ermənilərə əsir düşdük. Bizi naməlum istiqamətə apardılar, pəncərəsiz və işıqsız yerdə bir neçə gün saxladılar. Bizi adi suya belə möhtac qoyurdular.AZƏRTAC xəbər verir ki, bu barədə erməni əsirliyində olmuş hərbi qulluqçumuz Nahid Həmidov yanvarın 5-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.