Şəhid Müqəddəs Qədirovun son sözləri: Sağ-salamat qayıda bilməsəm, Vətən sağ olsun
06.01.2021 [13:39]
Xəbərin mətni
Xaçmaz rayonunun Dədəli kənd sakini Müqəddəs Qədirov 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan igidlərimizdən biridir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müddətdən artıq həqiqi hərbi xidmət keçən Müqəddəs Qədirov Cəbrayıl və Füzulinin azad olunması uğrunda qəhrəmanlıqla döyüşüb. Oktyabrın 5-də xüsusi tapşırığın icrası zamanı snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.