CƏMİYYƏT


Viran qalmış yurd yeri - Ağdam rayonunun Qiyaslı kəndindən görüntülər

İşğaldan azad edilmiş şəhər və kəndlərimizi gəzdikcə ermənilərin törətdiyi vandalizm aktlarının şahidi olur, acı təəssüf hissləri keçiririk. Ermənilər 27 ildən artıq dövr ərzində işğal altında saxladıqları əraziləri ancaq talayıb, dağıdıb, məhv ediblər. Xalqımıza məxsus tarix və mədəniyyət abidələri, qəbiristanlıqlar da erməni vandalizminə məruz qalıb. Bu, onu deməyə əsas verir ki, ermənilər dədə-baba torpaqlarımzdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silmək istəyiblər.