CƏMİYYƏT


Şahbaz Quliyev: Azərbaycana qayıtdığım üçün Prezident İlham Əliyevə minnətdaram

Azərbaycana qayıtdığım üçün Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram. Qarabağ Azərbaycandır. Biz valideynlərimizin qəbrini ziyarət edərkən girov düşdük. Mən Dilqəm Əsgərovdan əvvəl girov düşmüşdüm. Ancaq onlar çəkdikləri işgəncəni mən də çəkmişəm. Verilən işgəncələr nəticəsində gözümdən, başımdan, ayaqlarımdan ciddi zədə almışam. Hətta daxili orqanlarım, o cümlədən ciyərlərim, ödüm ciddi zədələnmişdi. Ermənilər bizi axşamlar yatmağa qoymurdular. Çarpayının altına nə isə qoymuşdular və o, səhərə kimi səs çıxarır, bizi yatmağa qoymurdu.
AZƏRTAC xəbər verir ki, bunu Ermənistan hərbçiləri tərəfindən girov götürülərək altı il yarım əsirlikdə saxlanılmış Şahbaz Quliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır