CƏMİYYƏT


Dilqəm Əsgərov: Girovluqdan azad ediləcəyimizə həmişə inanırdım

Girovluqdan azad edilərək doğma Vətənimə qayıtdığım üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm. Vətən müharibəsində Qələbəmiz münasibətilə xalqımızı təbrik edirəm. Bizim girov götürülməyimiz, işgəncələrə məruz qalmağımız tamamilə qeyri-qanuni idi. Çünki mən Ermənistan ərazisinə keçməmişdim. Mən kəlbəcərliyəm və ata-baba yurdunu, onların qəbrini ziyarət etməyə getmişdim.
AZƏRTAC xəbər verir ki, bu barədə erməni girovluğundan azad edilmiş Dilqəm Əsgərov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə yanvarın 7-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən mətbuat konfransında deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır