CƏMİYYƏT


Vətən müharibəsinin daha bir qəhrəmanı ilə tanış olaq – şəhid İlqar İsmayılov

Vətən müharibəsinin daha bir qəhrəmanı İsmayılov İlqar Mehdi oğlu haqqında yazacağıq. Ömrünün 12 ilini hərb sənətinə sərf edən, Aprel döyüşlərində şücaəti ilə seçilən, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İlqardan.AZƏRTAC xəbər verir ki, İsmayılov İlqar Mehdi oğlu 1988-ci il avqustun 23-də Beyləqanda dünyaya göz açıb. Vətən müharibəsindən bir neçə gün əvvəl İlqar evə gəlib sanki sonuncu dəfə gəldiyini bilərək ailəsi ilə görüşüb.