Həyat yoldaşının doğum günündə şəhadətə ucalan qəhrəmanımız
08.01.2021 [11:08]
Xəbərin mətni
Ata olmağa hazırlaşırdı. Bir neçə ay qalırdı övladının dünyaya gələcəyi günə. Lakin Vətən onu səsləyincə, gələcəyinə dair bütün arzularını ikinci plana saldı Həsən Həsənov. Yolu isə cəbhəyə doğru idi. Zəfər yürüşü zamanı kəşfiyyatçı kimi bir çox qəhrəmanlıq göstərərək düşmənə ağır zərəbələr endirən Həsənin şəhadəti isə həyat yoldaşının doğum gününə təsadüf etdi.